"Qəbələ" "Sürix"ə qarşı

Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirəcək.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” İsveçrənin “Sürix” klubu ilə üz-üzə gələcək.

 

“Sürix” “Qəbələ” üçün tanış rəqibdi. Komandalar 2 il öncə də Antalya toplanışında üz-üzə gəliblər. 2016-cı il yanvarın 20-də baş tutan qarşılaşmada “Qəbələ” 4:0 hesabı ilə qələbə qazanmışdı.

 

“Kaya Bələk” otelinin meydançasında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

 

Bu, Roman Qriqorçukun yetirmələrinin qış fasiləsində Antalyada keçirəcəyi ikinci oyun olacaq. Komanda ilk matçda Türkiyə Super Liqa təmsilçisi “Akhisar Bələdiyyəspor”la heç-heçə edib - 1:1.

 

Yoxlama oyunu

17 yanvar

 

16:30 Qəbələ (Azərbaycan) - Sürix (İsveçrə)

Antalya. “Kaya Bələk” otelinin meydançası.

Tarix: 17 Yanvar [11:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 May 2018
24  May 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio