Prosineçki: "Azərbaycan millisini çalışdıranda gördüm ki, yığmadakı iş klubdakından fərqlənir"

11:30 - 17 Yanvar 2018

Milli komandamızın sabiq baş məşqçisi, hazırda Bosniya və Herseqovina yığmasının "sükanı arxası"nda olan Robert Prosineçki açıqlama verib.

 

Sportal.az xəbər verir ki, xorvat mütəxəssis klub komandası ilə millidə çalışmağı müqayisə edib:

 

"Klubla yığma futbolun tamamilə fərqli anlayışlardır. Klubda iş gündəlik fəaliyyət və iştirak tələb edir. Azərbaycanda 3 il baş məşqçi oldum və gördüm ki, yığmadakı iş klubdakından xeyli fərqlənir. Yarışların təqvimi üzündən, milli komandada itirilmiş şanslar daha baha başa gəlir".

 

Qeyd edək ki, 49 yaşlı mütəxəssis 2014-2017-ci illərdə milli komandamızı çalışdırıb.

Xəbər xətti