"Qarabağ"ın hədəfində olan futbolçu haqda: "Cənubi Afrikanın ən yaxşısıdır"

13:53 - 17 Yanvar 2018

Dino Ndlovunu Çinin I Divizionunda çıxış edən "Hançjou Qrintaun" klubuna satan "Qarabağ" hücumdakı boşluğu doldurmaq üçün Cənubi Afrika Respublikasının "Mamelodi Sandaunz" klubunun forvardı Xama Billiatı hədəfə alıb. Xamaya Ağdam təmsilçisi ilə yanaşı Cənubi Afrikanın "Orlando Payrets" klubu da göz dikib.

 

Sportal.az xəbər verir ki, "Mamelodi Sandaunz" klubundan ayrılaraq ölkənin digər klubu "Kayzer Çifs"ə keçən Leonardo Kastro Xama Billiat barədə danışıb. 28 yaşlı kloumbiyalı forvard bildirib ki, Xama Billiat Cənubi Afrikanın ən yaxşısıdır:

 

"Mənim üçün Cənubi Afrikanın ən yaxşı futbolçusu Xama Billiatdır. O, müstəsna oyunçudur. Hər gün onunla məşq edirdim. Uğurlara ac biridir".

 

Billiatın klubu ilə müqaviləsi yayda başa çatacaq. CAR təmsilçisi bu keçid üçün "Qarabağ"dan 2,5 milyon avro tələb edir.

 

27 yaşlı oyunçu universallığı ilə seçilir. O, hücumun cinahlarında və mərkəzində oynayır. Bununla yanaşı, Xamanın hər iki ayağı işləkdir.

 

Qeyd edək ki, Xama Billiat 2013-cü ildə "Mamelodi Sandaunz"da çıxış edir. O, 2011-ci ildən Zimbabve millisinə dəvət alır.

Xəbər xətti