Millimizin İspaniya və Ukrayna ilə oyunlar üçün heyəti açıqlandı

15:45 - 17 Yanvar 2018

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası yanvarın 25-dən 30-dək İranın Buşehr şəhərində təşkil olunacaq “Persian Cup 2018” beynəlxalq turnirdə iştirak edəcək.

 

Sportal.az saytı xəbər verir ki, yanvarın 28-də, 29-da və 30-da müvafiq olaraq İran, İspaniya və Ukrayna yığma komandaları ilə qarşılaşacaq millinin heyətinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

 

Vaqif Şirinbəyov, Elçin  Qasımov, İlqar Ələkbərov, İlkin Hacıyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Sabir Allahquliyev, Əbdül Əliyev.

Xəbər xətti