Araz Abdullayevli "Anortosis" mərhələ adladı

00:07 - 18 Yanvar 2018

Kipr kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin futbolçusu Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” səfərdə “Ayia Napa” ilə üz-üzə gəlib. Doğma meydanda bu rəqibinə 3:2 hesabıyla qalbi gələn futbolçumuzun komandası cavab matçından heç-heçə ilə ayrılıb – 1:1.

 

İki oyunun nəticəsinə görə rəqibini üstələyən “Anortosis” 1/4 finala yüksəlib.

 

Araz da bu matçın iştirakçısı olub. O, bu qarşılaşmaya da start heyətində başlayıb.

Xəbər xətti