Elşad Əhmədov toplanışın ilk gününü dəyərləndirdi

I Divizionda mübarizə aparan "Xəzər" qış fasiləsində təlim-məşq toplantısını yüksək səviyyədə keçirmək üçün Antalyanın Kəmər bölgəsini seçib.

 

Sportal.az xəbər verir ki, klub üzvləri dünən Antalyaya çatıblar. Bu gündən etibarən isə komanda məşqlərə start verib. Komandanın baş məşqçisi Elşad Əhmədov toplanışın ilk günü barədə danışıb:

 

"Yanvarın 4-dən 16-na kimi Bakıda hazırlaşdıq. Daha çox fiziki hazırlığın bünövrəsini qoymaq istəyirdik. 18 günlük Antalya toplanışında 5 yoxlama görüşü planlaşdırmışıq. Gündə iki dəfə məşqimiz olacaq. İlk həftədə fiziki hazırlığa üstünlük verəcəyik. Daha sonra isə taktiki, psixoloji hazırlıq ön planda olacaq. Qarşılaşacağımız 5 komandadan 3-nün adı bəllidir. Almaniyanın “Vakker Nordhauzen”, Türkiyənin "Kəmərspor" və Avstriyanın "Qarabağ" Vyana klubları ilə üz-üzə gələcəyik. Digər iki komandanın da adı bəlli olacaq. Səhər məşqimizi fitnesdə keçirik. Axşam məşqini isə topla edirik. Bizə yaradılan şərait əladır. Üzərimizə yaxşı hazırlaşmaq düşür".

 

Qeyd edək ki, Türkiyədə keçiriləcək təlim-məşq toplanışı yanvarın 16-dan fevralın 3-dək davam edəcək.

Tarix: 18 Yanvar [00:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Avqust 2018
20  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio