Fərid Nəbiyev "Slaviya"ya qələbə qazandırdı

01:01 - 18 Yanvar 2018

Çexiyanın “Slaviya” klubunun U-21 komandası bu gün yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin də formasını geyindiyi Praqa klubu “Litomeriçko” ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

 

Fərid də bu görüşün iştirakçısı olub. Komandanın hər iki qolunu da məhz Nəbiyev vurub.

 

Bu qarşılaşmada “Slaviya”nın düşərgəsində baxışda olan digər həmyerlilərimiz – Amin Seydiyev və Rövlan Muradov da iştirak ediblər. Rövlan 80-cı dəqiqədə əvəzlənsə də, Amin sonadək mübarizə aparıb. Futbolçularımız meydanda olduqları müddətdə özlərini ən yaxşı tərəfdən göstərməyə nail olublar. 

Xəbər xətti