Millimiz ilin ilk reytinq cədvəlində gerilədi

13:33 - 18 Yanvar 2018

FİFA milli komandaların 2018-ci ilin ilk reytinq cədvəlini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, ötən ilin dekabr ayı ilə müqayisədə Azərbaycan millisi 1 pillə gerilələyib.  Yığmamız 281 xalla 118-ci pillədə qərarlaşıb. Millimiz reytinqdə Şimali Koreyadan 1 pillə öndədir, Ruandadan isə 1 pillə geri qalır.

 

Qeyd edək ki, siyahıya 1602 xalla Almaniya başçılıq edir. Braziliya ikinci (1483), Portuqaliya üçüncüdür (1358). Argentina dördüncü (1348), Bekçika isə beşincidir (1325).

Xəbər xətti