Millimizin baş məşqçisinin brifinqi olacaq

14:51 - 18 Yanvar 2018

Yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın Lyublyana şəhərində keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan millisi təlim-məşq toplanışını Bakıda davam etdirir. 

 

Sportal.az xəbər verir ki, yanvarın 27-nə qədər paytaxtda hazırlıq keçəcək millinin yanvarın 19-da, Bakı İdman Sarayında keçiriləcək və saat 10:15-də başlayacaq məşqinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq. Həmçinin baş məşqçi Joze Alesio da Silvanın iştirakı ilə brifinq təşkil olunacaq.

Xəbər xətti