Billiatanın klubu "Qarabağ"ın təklifini qəbul etdi

15:36 - 18 Yanvar 2018

Dino Ndlovunu Çinin I Divizionunda çıxış edən "Hançjou Qrintaun" klubuna satan "Qarabağ" hücumdakı boşluğu doldurmaq üçün Cənubi Afrika Respublikasının "Mamelodi Sandaunz" klubunun forvardı Xama Billiata təklif göndərib.

 

Sportal.az xəbər verir ki, "Mamelodi Sandaunz" Zimbabve millisinin üzvü üçün gələnn təklifi qəbul edib. Bu barədə CAR mətbuatı məlumat yayıb. Məlumatda qeyd edilib ki, zimbabveli futbolçu da müsbət cavab versə, keçid reallaşacaq. Xama ilə bu ölkənin digər klubu - "Orlando Payrets" də maraqlıdır. Bu səbəbdən Billiat tələsmək istəmir.

 

Billiatın klubu ilə müqaviləsi yayda başa çatacaq.

 

27 yaşlı oyunçu universallığı ilə seçilir. O, hücumun cinahlarında və mərkəzində oynayır. Bununla yanaşı, Xamanın hər iki ayağı işləkdir.

 

Qeyd edə ki, Xama Billiat 2013-cü ildə "Mamelodi Sandaunz"da çıxış edir. O, 2011-ci ildən Zimbabve millisinə dəvət alır.

Xəbər xətti