Araz Abdullayev komandasına penalti qazandırdı VİDEO

15:54 - 18 Yanvar 2018

Kipr kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, millimizin futbolçusu Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” səfərdə “Ayia Napa” ilə üz-üzə gəlib. Doğma meydanda bu rəqibinə 3:2 hesabıyla qalbi gələn futbolçumuzun komandası cavab matçından heç-heçə ilə ayrılıb – 1:1.
 
İki oyunun nəticəsinə görə rəqibini üstələyən “Anortosis” 1/4 finala yüksəlib.
 
Araz da bu matçın iştirakçısı olub. O, bu qarşılaşmaya da start heyətində başlayıb. Millimizin üzvü oyunun 64-cü dəqiqəsində komandasına penalti qazandırıb. Topa yaxınlaşan Duqlao isə fürsəti qaçırmayıb.

Xəbər xətti