Millimizin sabiq üzvü "Sabah"da

16:30 - 18 Yanvar 2018

Birinci Divizion təmsilçisi “Sabah” qış fasiləsində növbəti transferini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, sözügedən klub vaxtilə U-21 millimizə də dəvət alan Qvanzan Maqomedovla mövsümün sonuna kimi müqavilə imzalayıb. 

 

Peşəkar karyerasına Rusiyanın "Krılya Sovetov" klubunda başlayan Maqomedov "Şahdağ", "Zirə", "Bakı", AZAL və "Səbail" klublarında forma geyinib. Futbolçunun sonuncu klubu Rusiyanın ikinci liqasında mübarizə aparan "Znamya Truda" komandası olub.

Xəbər xətti