"Kəpəz" sabiq futbolçusunu geri qaytardı

17:23 - 18 Yanvar 2018

Topaz Premyer Liqasının qış fasiləsində “Kəpəz” heyətinə daha bir futbolçu cəlb edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, əsas komandanın Bakıdakı təlim-məşq toplanışı dövründə uğurla baxışdan keçən Tural Nərimanovun Gəncə klubunda qalmasına qərar verilib. Mərkəz müdafiəçisi mövqeyində çıxış edən 28 yaşlı oyunçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.
 
Xatırladaq ki, Tural Nərimanov əvvəlki iki mövsümdə “sarı-göylər”in şərəfini qoruyub.  

 

Qeyd edək ki, "Kəpəz" bundan əvvəl  Murad Səttarlı (“Zirə”), Samir Zərgərov ("Keşlə"), Roman Hüseynov ("Qəbələ", icarə), Tərzin Cahangirov, Sergey Litovçenko ("Dinamo", Tbilisi, Gürcüstan), Giuli Manjqaladze ("Samtredia", Gürcüstan), Tərlan Qasımzadə ("Sabah"), Dario Federiko ("Sonnam", Cənubi Koreya) və  Dieqo Souzanı transfer edib.

Xəbər xətti