"Liverpul" futbolçusunu icarəyə verdi

18:53 - 18 Yanvar 2018

"Liverpul" yarımmüdafiəçisi Marko Qruyiçi icarəyə verib.

 

Sportal.az xəbər verir ki, serbiyalı futbolçu karyerasını İngiltərədə davam etdirəcək. Gənc futbolçu Çempionşipdə çıxış edən "Kardiff Siti"yə keçib. O, yeni klubunda 6 aylıq icarə əsasında top qovacaq.

 

Qeyd edək ki, "Liverpul" 21 yaşlı futbolçunu 2016-cı ildə 5,3 milyon funt-sterlinq qarşılığında Serbiyanın "Srvena-Zvezda" klubundan transfer edib.

Xəbər xətti