Millimizin rəqibinin heyəti açıqlandı

Antalyada yığmamızla yoldaşlıq oyunu keçirəcək Moldova millisinin heyəti açıqlanıb.

 

Sportal.az xəbər verir ki, milliyə yeni baş məşqçi təyin edilmiş Aleksandr Spiridon 23 futbolçuya dəvət göndərib.

 

Xatırladaq ki, Moldova millisi Antalyada yanvarın 27-də Cənubi Koreya, 3 gün sonra isə Azərbaycan millisi ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Moldovalıların yığmamızla oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

Qapıçılar: Nikolay Kalança ("KSU Krayova", Rumıniya), Sergey Paşenko (Şerif), İlya Çebanu (klubsuz).

 

Müdafiəçilər: Radu Roqak ("Dinamo", Özbəkistan), Patru Raku, Vyaçeslav Posmak, Artyom Rozqonyuk (hamısı "Şerif"), Dinu Qraur (Milsami), Andrey Makritskiy, Valeri Makritskiy (hər ikisi "Petrokub"), İon Jardan (klubsuz).

 

Yarımmüdafiəçilər: Aleksandr Paşenko ("Kızıl-Jar", Qazaxıstan), Aleksandr Antonyuk, Andrey Kojokar, Aleksandr Dedov (hamısı "Milsami"), Maksim Mixaylov (Zarya), Vadim Pairel (Şerif), Sergey Pletike (Sperantsa), Dan Taras (Petrokub), Danu Spetaru, Vladislav İvanov (hər ikisi klubsuz).

 

Hücumçular: Vladimir Ambros (Petrokub), Vitali Damaşkan (Şerif).

Tarix: 18 Yanvar [19:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 May 2018
23  May 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio