"Arena" verilişi qayıdır

00:03 - 19 Yanvar 2018

Yayımlandığı müddətdə izləyicilərinin sevimlisinə çevrilmiş "Arena" verilişi yenidən yayımlanacaq.

 

Sportal.az xəbər verir ki, öncə "İnteraz" kanalında, ardınca AAAF TV-də yayımlanan veriliş faəliyyətdə olduğu 4 il ərzində böyük izləyici toplamağı bacardı. Buna səbəb proqramda ölkə futbolu ilə bağlı açıq müzakirələrin aparılması, tamaşaçıların, futbol ictimaiyyətinin təlabatına cavab verən mövzular barədə fikir mübadiləsi aparılması idi.

 

Müəyyən fasilədən sonra "Arena" verilişi tezliklə yenidən tamaşaçılarının qonağı olacaq. Proqramın ənənəsi isə pozulmayacaq, Hər buraxılşda yeni qonaqlarla ölkə futbolunun önəmli və isti mövzuları müzakirə ediləcək.

Xəbər xətti