İsrafilov zədələndi, "Ximnastik" qalib gəldi

01:19 - 19 Yanvar 2018

İspaniya Sequndasında 17-ci turdan təxirə salınmış bir oyun keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Ximnastik” səfərdə “Osasuna” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:0.

 

Millimizin üzvü start heyətdə başladığı qarşılaşmanın 39-cu dəqiqəsində zədələnərək əvəzlənib.

 

“Ximnastik" 22 turdan sonra 28 xalla 22 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

Xəbər xətti