Millinin baş məşqçisindən "Qarabağ"ın hədəfində olan futbolçu ilə bağlı AÇIQLAMA

11:29 - 19 Yanvar 2018

Dino Ndlovunu Çinin I Divizionunda çıxış edən "Hançjou Qrintaun" klubuna satan "Qarabağ" hücumdakı boşluğu doldurmaq üçün Cənubi Afrika Respublikasının "Mamelodi Sandaunz" klubunun forvardı Xama Billiata təklif göndərib. Bu transfer iddiası Billiatın vətəni - Zimbabve mətbuatını zəbt edib.

 

Sportal.az xəbər verir ki, bu məsələ ilə bağlı Zimbabve yığmasının baş məşqçisi Sandey Çindzambva da açıqlama verib. O, Xamanın karyerasını Avropada davam etdirməyinin həm özünə, həm də yığmaya faydalı olacağını deyib:

 

"Xama Billiat millinin əsas simalarındandır. Avropaya getsə, yığmaya daha çox xeyri dəyər. Seçim etmək hər kəsin özünə məxsusdur. Ancaq Billiat Avropada daha çox inkişafa nail olar, nəinki Sudanda. Avropada futbol tam başqadır. Billiat təcrübəsini orada daha da artıra bilər. Məncə, Avropadan ona ciddi maraq varsa, getmək barədə düşünməlidir".

 

Billiatın klubu ilə müqaviləsi yayda başa çatacaq. CAR mətbuatının iddiasına görə, "Mamelodi Sandaunz" "Qarabağ"ın Xama üçün göndərdiyi təklifə müsbət cavab verib. Futbolçu da razılaşsa, transfer reallaşacaq.27 yaşlı oyunçu universallığı ilə seçilir. O, hücumun cinahlarında və mərkəzində oynayır. Bununla yanaşı, Xamanın hər iki ayağı işləkdir.

 

Qeyd edə ki, Xama Billiat 2013-cü ildən "Mamelodi Sandaunz"da çıxış edir. O, 2011-ci ildən Zimbabve millisinə dəvət alır.

Xəbər xətti