Dadaşov Almaniyanın 4 klubunun transfer hədəfində

11:46 - 19 Yanvar 2018

Azərbaycan millisinin sabiq futbolçusu, Almaniya Regional Liqa təmsilçisi “Dinamo”nun formasını geyinən Rüfət Dadaşov klubunu dəyişə bilər.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı forvard 3-cü Bundesliqada çıxış edən 4 klubun transfer hədəfindədir.  “Şportfroynde”, “Karl Zeyss”, “Erfurt” və “Çvikkau” klubları Dadaşovu rənglərinə bağlamaq niyyətindədir. 

 

“Karl Zeyss” bu keçiddə daha israrlıdır. Artıq bunun üçün rəsmi təklif də ünvanlanıb. "Dinamo" rəhbərliyi isə Rüfəti müəyyən məbləğ qarşılığında satmaq istəyir.

 

Bu mövsüm 18 oyunda 19 qol vuran futbolçunun transferi ilə bağlı danışıqlar start götürüb.

 

Qeyd edək ki, Dadaşov 2013/2014-cü illərdə millimizin heyətində 14 oyun keçirib və 4 qol vurmağa müvəffəq olub.

Xəbər xətti