Ərtuğrul Sağlam "Traktor Sazi"də

13:33 - 19 Yanvar 2018

Təbrizin "Traktor Sazi" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisini türkiyəli mütəxəssis Ərtuğrul Sağlam çalışdıracaq. Təcrübəli mütəxəssis müqavilə imzalamaq üçün İrana gedib. Təbriz hava limanında Sağlamı yüzlərlə azarkeş qarşılayıb.

 

Ərtuğrul Sağlam verdiyi açıqlamada "Komandanın yaxşı çıxış etmədiyini və azarkeşlərin nəticələrdən narazı olduğunu bilirəm. Bir-birimizə dəstək verməli və "Traktor Sazi"ni üst sıralara çıxarmaq üçün səy göstərməliyik" deyib.

 

Qeyd edək ki, "Traktor Sazi" 20 turdan sonra topladığı 21 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Xəbər xətti