"Barselona"da növbəti müqavilə

14:14 - 19 Yanvar 2018

"Barselona"da daha bir yeni müqavilə gerçəkləşib.
 
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi yarımmüdafiəçi Serji Roberto ilə müqaviləni uzadıb. İspaniya millisinin üzvüylə 2022-ci ilə kimi saziş bağlanılıb. Onun sərbəst qalma qiyməti isə 500 milyon avro təyin edilib.
 
Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi "Barselona"nın yetirməsidi. O, 2010-cu ildən əsas komandada çıxış edir. O, meydana çıxdığı 178 qarşılaşmada 7 qol vurmağı bacarıb.

 

Xatırladaq ki, "Barselona" Xerard Pike ilə də müqavilə müddətini 2022-ci ilədək uzadıb.

Xəbər xətti