Prandelli işsiz qaldı

14:30 - 19 Yanvar 2018

İtaliyalı məşqçi Çezare Prandelli işsiz qalıb.

 

Sportal.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliyinin "Al Nasr" klubunu çalışdıran 60 yaşlı mütəxəssis istefaya göndərilib. Bu barədə klubun rəsmi Tivitter səhifəsi xəbər yayıb.

 

İtaliya millisinin sabiq baş məşqçisi ötən ildən "Al Nasr"ı çalışdırırdı. Onun komandası 12 turdan sonra 8 xalla 4-cü yerdə qərarlaşıb.

Xəbər xətti