Ruslan Əmircanovun yeni klubu bəlli oldu

18:44 - 19 Yanvar 2018

Azərbaycan milli komandasının sabiq üzvü Ruslan Əmircanovun yeni klubu rəsmən müəyyənləşib.

 

Sportal.az saytı xəbər verir ki, təcrübəli cinah müdafiəçisi Topaz Premyer Liqasının debütantı “Səbail” ilə müqavilə imzalayıb. Bu barədə saytımıza açıqlamasında Əmircanovun özü məlumat verib. O, bildirib ki, bir müddətdir ki, düşərgəsində olduğu klubla 1 illik sözləşmə imzalayıb.

 

Qeyd edək ki, son klubu AZAL olan Əmircanov Azərbaycanda “Karvan”, “Qəbələ”, “İnter”, “Neftçi” kimi klublarda top qovub.

Xəbər xətti