"Torino"nun hücumçusu: "Azərbaycanla oyunda özümüzü göstərməliyik"

15:49 - 20 Yanvar 2018

"Milliyə dəvət aldığım üçün sevincli, ölkəmin şərəfini qoruyacağım üçün qürurluyam".

 

Sportal.az xəbər verir ki, bu sözləri Molova milliisnin hücumçusu Vitali Damaşkan deyib. 19 yaşlı hücumçu yanvarın 27-də Cənubi Koreya, yanvarın 30-da isə Azərbaycan milliləri ilə keçirəcəkləri yoldaşlıq görüşlərinin hazırlıq prosesini dəyərləndirib. Bu yaxınlarda "Torino"ya transfer edilən Damaşkan ilk olaraq Moldova yığmasının yeni baş məşqçisi Aleksandr Spiridon haqda danışıb:

 

"Yeni baş məşqçimiz çox güclü mütəxəssisdi. Onunla bir-birimizi çox yaxşı anlayırıq. Maraqlı, eyni zamanda olduqca yaxşı məşqlər keçir. Baş məşqçimiz futbolçulara nə etmək lazım olduğunu çox yaxşı başa salır. Baş məşqçimiz bizdə sürətli və hücum futbolu tələb edir".

 

Bu yaxınlarda İtaliya klubu ilə müqavilə imzalayan gənc hücumçu bütün diqqətini Cənubi Koreya və Azərbaycanla görüşlərə yönəltdiyini bildirib:

 

"Düzdü, "Torino" ilə yeni müqavilə imzalamışam vbə diqqətim orada ola bilər. Amma məni "Torino"dan əvvəl qarşıdakı iki oyun düşündürür. Məqsədimiz həm Cənubi Koreya, həm də Azərbaycanla oyunda özümüzü göstərməkdi. Bu oyunlarda uğurlu nəticə qazandıqdan sonra "Torino" barədə danışa bilərəm".

Xəbər xətti