Millimiz Albaniya ilə üz-üzə

12:24 - 21 Yanvar 2018

Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət yığmamız bu gün növbəti sınağına çıxacaq.

 

Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun başçılıqetdiyi milli 2-ci yoxlama oyununda Albaniyanın U-21 komandası ilə qarşılaşacaq. İlk oyunda “Alanyaspor”un müvafiq yaş qrupundan ibarət yığmasını 3:1 hesabı ilə məğlub edən millimiz bu görüşdə də yaxşı nəticə qazanmağa çalışacaq.

 

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə 19:00-da başlayacaq.


Yoxlama oyunu

21 yanvar

 

19:00. Azərbaycan U-21 – Albaniya U-21

Xəbər xətti