"Zirə" Türkiyəyə yollandı

15:39 - 21 Yanvar 2018

Qış fasiləsində hazırlığın ilk mərhələsini başa vuran "Zirə" təlim-məşq toplanışının növbəti mərhələsini Antalya şəhərində keçirmək üçün Türkiyəyə yola düşüb. 

 

Sportal.az xəbər verir ki, “qartallar” saat 15:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Antalyaya yollanıb.

 

Ayxan Abbasovun komandası ilk yoxlama görüşünü yanvarın 27-də Polşa Ekstraklasa təmsilçisi “Krakoviya"ya qarşı keçirəcək.

 

Sidenin "The Sense De Luxe" hotelində məşkunlaşacaq "Zirə" fevralın 4-də Bakıya qayıdacaq.

Xəbər xətti