Sabiq "Qəbələ"li İran klubunda

17:53 - 21 Yanvar 2018

“Qəbələ”nin sabiq futbolçusu Yazalde Qomeş Pinto karyerasını İranda davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı hücumçu Tehranın “İstiqlal” klubuna transfer olub.

 

29 yaşlı futbolçu 2014/15 mövsümündə “Qəbələ”də icarə əsasında çıxış edib. Pinto “qırmızı-qaralar”da 16 oyunda qol vura biləmişdi.

 

Karyerası ərzində “Braqa”, “Jil Visente”, “Astra” kimi komandalarda top qovmuş Yazaldenin son klubu “Riu Avi” olub.

Xəbər xətti