Millimiz Albaniyaya məğlub oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalya toplanışı çərçivəsində bu gün növbəti yoldaşlıq görüşünü keçirib.

 

Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Albaniya U-21 millisi ilə qarşılaşıb. Gənclər millisi ilə debüt matçında “Alanyaspor”un U-21 komandası üzərində qələbəyə sevinən Sadıqov yetirmələrinin nəyə qadir olduqlarını bu dəfə də albaniyalı həmyaşıdları üzərində yoxlayıb.

 

Oyunun taleyini bir qol həll edib. Albanlar 60-cı dəqiqədə vurduqları qolla yığmamızı məğlub ediblər.

 

Xatırladaq ki, bu, U-21 millimizin Antalyada ikinci sınağı olub. Gənclərimiz Türkiyədəki ilk yoxlama oyununda “Alanyaspor”dan olan həmyaşıdlarını 3:1 hesabıyla məğlub edib.

 

Yoxlama oyunu

21 yanvar

 

Azərbaycan U-21 – Albaniya U-21 - 0:1

 

Azərbaycan: 12 Abdulla Seyidəhmədov, 20 Ömər Buludov, 4 Bəhlul Mustafazadə (K), 5 Elvin Sərkərov, 2 Sərtan Taşkın, 6 Qismət Alıyev, 28 Hacıağa Hacılı, 24 İsmayıl İbrahimli, 9 Fəhmin Muradbəyli, 27 Mahir Mədətov, 26 Ramil Şeydayev

 

Ehtiyat oyunçular: 1 Kamran İbrahimov, 7 Ehtiram Şahverdiyev, 8 İlkin Muradov, 3 Anton Krivotsyuk, 10 Elnur Cəfərov, 18 Ülvü İskəndərov, 13 Murad Qayalı, 14 Nicat Süleymanov, 25 Murad Xaçayev, 16 İlyas Səfərzadə, 21 Xəyal Nəcəfov

 

Baş məşqçi: Rəşad Sadıqov

Tarix: 21 Yanvar [22:18]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Noyabr 2018
14  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio