Silvanın əvəzinə Qrasiya

11:11 - 22 Yanvar 2018

İngiltərə Premyer Liqasında çıxış edən “Uotford” klubu baş məşqçisi Marko Silva ilə yolları ayırıb.

 

Sportal.az xəbər verir ki, buna komandanın son matçlarda uğursuz nəticələri səbəb olub. Portuqaliyalı mütəxəssisin əvəzinə baş məşqçi postuna ispaniyalı Xavyer Qrasiya gətirilib.

 

40 yaşlı Marko Silva 2017-ci ilin may ayında “Uotford”a baş məşqçi təyin edilmişdi. 47 yaşlı Qrasiya isə son olaraq Rusiyanın "Rubin" klubunu çalışdırıb.

  

Qeyd edək ki, “Uotford” 24 turdan sonra Premyer Liqada 26 xalla 10-cu pillədə qərarlaşıb.

Xəbər xətti