Ulduz futbolçu Türkiyə klubunda

14:55 - 22 Yanvar 2018

Braziliya millisinin sabiq futbolçusu Robinyonun yeni klubu məlum olub.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı vinger karyerasını Türkiyədə davam etdirəcək. O, Super Liqa təmsilçisi "Sivasspor"la aparılan uzun danışıqlardan sonra anlaşa bilib. Robinyo sabah Türkiyəyə gələcək və tibbi müayinədən keçəcək. Müqavilənin detalları isə açıqlanmayıb.

 

Qeyd edək ki, "Santos"un yetirməsi olan ulduz futbolçu karyerası ərzində "Real", "Mançester Siti" və "Milan" kimi klublarda oynayıb. Braziliya millisində 100 oyuna 28 qol vuran Robinyonun son klubu ölkəsinin "Atletiko Mineyro" komandası olub.

Xəbər xətti