"Qarabağ" və "Qəbələ" rəsmiləri "Fənərbaxça"nı ziyarət etdi FOTO

17:45 - 22 Yanvar 2018

"Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimov və "Qəbələ"nin mətbuat katibi Anar Hacıyev "Fənərbaxça"nı ziyarət edib.

 

Sportal.az xəbər verir ki, bu barədə "sarı-lacivərtlilər"in rəsmi saytı məlumat yayıb. Zİyarət zamanı qonaqları klubun İctimaiyyətlə əlaqələr deportamentinin rəhbəri Necati Mete və Rəqəmsal və sosial media meneceri Çağatay Durğun müşayiət edib.

 

"Fənərbaxça"nın rəqəmsal və sosial media əlaqələri ilə bağlı məlumatlar alıb, layihələr haqda fikirlər toplayan İbrahimovla Hacıyev daha sonra "Şükrü Saracoğlu" stadionunu gəziblər. Soyunub-geyinmə otaqlarını gəzən qonaqlar stadionda xatirə şəkli çəkiblər. Sonra isə klublarımızın rəsmiləri "Fənərbaxça TV", "Radio Fənərbaxça" və "Fənərbaxça" dərgisinə baş çəkiblər. Qonaqlara iş və yayımlar haqda məlumat verilib.

Xəbər xətti