Gözlənilən dəyişiklik reallaşdı: Sançes "Mançester Yunayted"ə, Mxitaryan "Arsenal"a keçdi

23:49 - 22 Yanvar 2018

Qış transfer pəncərəsinin bağlanmasına az qalmış klublar son keçidlərini reallaşdırır.

 

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" "Arsenal"dan mövsümün sonunda müqaviləsi başa çatacaq Aleksis Sançesi transfer edib. Əvəzində isə "qırmızı şeytanlar"da gözdən düşən, heyətdə möhkəmlənməyən və gözləntilərin altında qalan erməni yarımmüdafiəçi Henrix Mxitaryan qarşı tərəfə keçib.

 

"Mançester Yunayted" bu keçid üçün 20 milyon funt-sterlinq ödəyib. Çili yığmasının üzvünün agenti Fernando Feliçeviç isə bu keçiddən 15 milyon funt-sterlinq qazanıb. 29 yaşlı vinger yeni klubunda 7 nömrəli klubunda çıxış edəcək. Bonuslarla birgə Aleksis həftəlik 600 min funt-sterliq qazanacaq ki, bu da klub tarixində rekorddur. Bu zamana kimi heç bir oyunçu "Mançester Yunayted"də belə məvacib almayıb. Sançes açıqlamasında dünyanın ən böyük klubuna gəldiyini vurğulayıb.

 

Mxitaryan isə hər zaman "Arsenal" forması geyinməyi arzu etdiyini deyib.

 

Bu mövsüm Sançes Premyer Liqada 19 oyuna 7 qol vurub və 3 assist edib. Mxitaryan isə 15 oyunda 1 qol və 5 assistə imza atıb.

Xəbər xətti