“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir.
Sportal.az xəbər verir ki, Ağdam klubu geridə qalan günü iki məşqlə tamamlayıb. Günün ilk məşqi saat 11:00-da start götürüb. Futbolçular fiziki tapşırıqları yerinə yetirib.
Günün ikinci məşqi yerli vaxtla saat 17:30-da start götürüb. Səhər məşqindən fərqli olaraq, futbolçular bu hazırlıqda toplu çalışmalara üstünlük verib. Güclü yağışın yağmasına baxmayaraq, məşq 90 dəqiqə davam edib.
Tarix: 23 Yanvar [00:57]
|
|
Müəllif: Sportal.az
|