Millimiz Gürcüstana qarşı

10:31 - 23 Yanvar 2018

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalya toplanışı çərçivəsində bu gün üçüncü yoxlama oyununa çıxacaq.

 

Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

 

Qeyd edək ki, millimiz bundan əvvəlki yoxlama görüşlərində Türkiyənin “Alanyaspor” klubunun U-21 komandasına  qalib (3:1) gəlib, Albaniyanın U-20-nə məğlub  (0:1) olub. Millimiz Antalyadakı son sınaq matçını isə yanvarın 26-da yenidən albaniyalılara qarşı keçirəcək.

 

23 yanvar

Yoxlama oyunu

19:00. Azərbaycan U-21 – Gürcüstan U-21

Xəbər xətti