Millimiz İrana qarşı

11:58 - 23 Yanvar 2018

Avro-2018-in final mərhələsində hazırlaşan futzal üzrə Azərbaycan millisi bu gün yoxlama oyunu keçirəcək.

 

Sportal.az xəbər verir ki, Joze Alesionun komandası İran yığması ilə qarşılaşacaq. Bakı İdman Sarayında keçiriləcək matç saat 21:00-da başlayacaq.

 

Qeyd edək ki, yığmalar arasında ikinci oyun sabah keçiriləcək.

 

23 yanvar

Yoxlama oyunu

21:00 Azərbaycan - İran
Hakimlər: Yusif Nurullayev, Hikmət Qafarlı, Ramil Namazov

Xəbər xətti