Ronaldo: "Gizli şəkildə pivə içirdim"

Əfsanəvi braziliyalı hücumçu Ronaldo futbolçu karyerasında spirtli içkilərə üstünlük verdiyini və bunlardan qurtula bilmədiyini etiraf edib.

 

Sportal.az xəbər verir ki, Braziliya millisinin sabiq üzvü karyerası ərzində gizli şəkildə pivə içdiyini bildirib:

 

"Karyeram ərzində enerji içkilərinin qablarına gizli şəkildə pivə doldurub içirdim".

 

Ronaldo Braziliya Futbol Federasiyasının prezidentliyinə namizəd olmayacağını deyib: "Bu xəbərlər əsassızdır. Belə fikrim yoxdur. İngiltərə və ya İspaniyada aşağı liqalarda çıxış edən klublardan birini almaq istəyirəm. Bununla yeni təcrübə qazanmaq istəyirəm. Daha sonra böyük işlər üçün hazır ola bilərəm. Ağlımda bir neçə komanda var".

 

Qeyd edək ki, 41 yaşlı veteran futbolçu PSV, "Real", "Barselona", "İnter", "Milan" kimim klublarda top qovub.

Tarix: 23 Yanvar [15:27]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Avqust 2018
17  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio