"Arsenal"ın futbolçusu: "Yanlış müalicəyə görə ayağım kəsilə bilərdi"

2016-cı ilin oktyabr ayından bəri zədə səbəbindən yaşıl meydanlardan kənarda qalan "Arsenal"ın yarımmüdafiəçisi Santi Kasorla açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 1,5 ildir ki, futbolsuz qalan ispaniyalı futbolçu yanlış şəkildə müalicə alındığını bildirb və buna görə ayağının kəsilmək təhlükəsi ilə üz-üzə qaldğını açıqlayıb:

 

"Daha öncə yanlış əməliyyat oldu. Hətta buna görə ayağımı da kəsə bilərdilər. 7 həftə öncə topuğumdan 10-cu dəfə əməliyyat edildim. Futbola böyük sevgim var. Hazırda durumum yaxşıdır. Hər şey yolunda getsə, növbəti mövsüm meydanlara qayıdacam".

 

33 yaşlı yarımmüdafiəçi son dəfə 2016-cı ildə ÇL-də "Ludoqorets"ə 6:0 hesabı ilə qalib gəldikləri matçda forma şansı qazanıb. İspaniya millisində 77 oyun keçirən bəstəboy futbolçu 2012-ci ildən "Arsenal"da çıxış edir.

 

Image result for santi cazorla

Tarix: 23 Yanvar [16:13]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 May 2018
24  May 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio