Millətlər Liqasının püşkatma mərasimi canlı yayımlanacaq

17:35 - 23 Yanvar 2018

Sabah İsveçrənin Lozanna şəhərində atılacaq UEFA Millətlər Liqasının püşkatma mərasimi canlı yayımlanacaq.

 

Sportal.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq mərasim "CBC Sport" telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

 

Qeyd edək ki, Millətlər Liqasında oyunlar bu il sentyabrın 6-8-də başlayacaq. Millimiz D divizionunda mübarizə aparacaq.

 

Əlavə edək ki, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədovla millimizin baş məşqçisi Qurban Qurbanov iştirak edəcək. 

Xəbər xətti