Amit Quluzadə Kosovo klubunda

17:47 - 23 Yanvar 2018

"Səbail"dən ayrılan Amit Quluzadənin yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, Yunanıstanın II Liqa klubu olan "Aiqinaikos"a transferi son anda baş tutmayan yarımmüdafiəçi karyerasını Kosovoda davam etdirəcək. 25 yaşlı futbolçu Super Liqa təmsilçisi "Drita" ilə müqavilə bağlayıb.

 

"Drita" Kosovo çempionatında 18 turdan sonra 30 xalla 3-cü pillədə qərarlaşıb və lider "Llapi"dən 4 xal geri qalır.

 

Qeyd edək ki, Amit karyerası ərzində "Neftçi", "Kayseri Ərciyəsspor" (Türkiyə), "Rəvan", "Qəbələ", "Atletiko" (Lissabon, Portuqaliya), "Sumqayıt" və AEL (Larissa, Yunanıstan) klublarında çıxış edib.

Xəbər xətti