PSJ-nin sabiq futbolçusu millimizin üzvünün komandasına transfer oldu

18:46 - 23 Yanvar 2018

Türkiyənin "Gənclərbirliyi" klubu transfer fəaliyyətini davam etdirir.

 

Sportal.az xəbər verir ki, Super Liqa klubu son komandası Fransa "Monpelye"si olan Stefan Sessenyonu transfer edib. Benin yığmasının üzvüylə 1,5 illik müqavilə imzalanıb.

 

33 yaşlı yarımmüdafiəçi karyerası ərzində PSJ, "Sanderlend", "Vest Bromviç" və "Monpleye" kimi klublarda oynayıb.

 

Əlavə edək ki, "Gənclərbirliyi" "Bursaspor"dan millimizin üzvü Dəniz Yılmazı da transfer edib.

Xəbər xətti