Elnur Abdullayev "Sumqayıt"ı seçməyinin səbəbini açıqladı VİDEO

19:52 - 23 Yanvar 2018

Hazırda Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt”ın yeni transferi Elnur Abdullayev fərdi məşqlərlə kifayətlənir.

 

Sportal.az xəbər verir ki, bərpa prosesi keçən futbolçu klubun saytına hazırlıq prosesi və vəziyyəti ilə bağlı danışıb:

 

“Sumqayıt”dan təklif gələndə “Keşlə” ilə müqaviləm var idi. Bu komandanın oyununu çox bəyənirdim. Buna görə, təklifi müsbət cavablandırdım. Hazırda hazırlığımız çox yaxşı gedir. Bakıda fiziki hazırlıq üzrə çalışdıq. Burda isə taktiki planda hazırlıq keçirik. Zədəli olduğumdan, məşqlərdə iştirak edə bilmirəm. Tezliklə komandaya qoşulmaq üçün var qüvvəmlə çalışıram. İnşallah, tezliklə sıraya qayıdıb, komanda üçün əlimdən gələni edəcəm”.

 

Xəbər xətti