Millimiz Gürcüstanla bərabərə qaldı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalya toplanışı çərçivəsində bu gün üçüncü yoxlama matçını keçirib.

 

Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.

 

Əvvəlki oyunlarda "Alanyaspor" klubunun U-21 komandasına 3:1 hesabı ilə qalib gələn millimiz ardınca Albaniyanın U-21-nə məğlub olmuşdu (0:1). Bu oyunda hesabı yığmamız açıb. 45-ci dəqiqədə gürcü müdafiəçi topu öz qapısına vurub.

 

İkinci hissədə rəqib cavab qolunu vura bilib. Matçda başqa qol olmayıb və yığmamız heç-heçə ilə razılaşıb - 1:1.

 

Yoxlama oyunu

23 yanvar

 

Azərbaycan U-21 – Gürcüstan U-21 - 1:1

 

Azərbaycan: 1.Kamran İbrahimov, 20. Omar Buludov, 13. Murad Qayalı, 16. İlyas Səfərzadə, 21. Xəyal Nəcəfov, 8. İlkin Muradov, 7. Ehtiram Şahverdiyev, 18. Ülvü İskəndərov, 10. Elnur Cəfərov, 3. Anton Krivotçuk, 25. Murad Xaçayev

 

Ehtiyat oyunçular: 24. İsmayıl İbrahimli, 9. Fəhmin Muradbəyli, 5. Elvin Sərkərov, 14. Nicat Süleymanov, 19. Rafael Məhərrəmli, 17. Əsgər Hüseynov, 15. Yusif Cəfərov, 11. Famil Camalov, 12. Abdulla Seyidəhmədov, 28. Hacıağa Hacılı, 4. Bəhlul Mustafazadə, 2. Sertan Taşkın

Tarix: 23 Yanvar [23:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Fevral 2018
18  Fevral 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio