Millimizin baş məşqçisi: "Komandamın oyunu məni qane etdi"

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva İrana qarşı keçirilən yoxlama görüşü haqda danışıb. 

 

Sportal.az xəbər verir ki, braziliyalı mütəxəssis 3:3-lük bərabərlik haqda deyib:

 

“Deməzdim ki, nəticə bizim üçün vacib deyildi. Həm yaxşı nəticə, həm də oyun təcrübəsi qazanmaq istəyirdik. Çünki komanda üzvlərinin əksəriyyəti bir aya yaxındır heç bir rəsmi oyunda iştirak etmirdilər. Ona görə də, komandada olan futzalçıların hamısına şans verdim ki, bundan maksimum istifadə etsinlər. Əsas odur ki, oyun intizamından qopmadıq, bir neçə “ev tapşırığı”nı sınadıq. Komandamın oyunu məni qane etdi. Verdiyim tapşırıqları yerinə yetirə bildirlər. Rəqibimiz kifayət qədər güclü komandadır. Üstəlik, İranla Fransa yığmasının oyun planında oxşar cəhətləri çoxdur. İran millisinin heyətində fərdi qabiliyyətinə görə seçilən oyunçuları var”.

Tarix: 24 Yanvar [01:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Oktyabr 2018
14  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio