"Qəbələ" "Rabotniçki"yə qarşı

10:10 - 24 Yanvar 2018

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirəcək. 

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” Makedoniyanın “Rabotniçki” komandası ilə üz-üzə gələcək. Qarşılaşma Qloriya məşq meydançalarında baş tutacaq və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

 

Qeyd edək ki, “Qəbələ” Antalyada daha əvvəl Türkiyənin “Akhisar Bələdiyyəspor” (1:1) və İsveçrənin “Sürix” (0:1) klubları ilə görüşüb.

 

Yoxlama oyunu

24 yanvar

 

18:00. “Qəbələ” (Azərbaycan) – “Rabotniçki” (Makedoniya)
Qloriya məşq meydançaları

Xəbər xətti