Millimizin rəqibləri müəyyənləşir

Bu gün Avropa Millətlər Liqasının püşkü atılacaq.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisi ilk dəfə təşkil ediləcək yarışda sonuncu - D divizionunda yarışacaq. Yığmamız bu divizionun ən güclülərinin yer aldığı 1-ci səbətdə yer alıb. Yığmamız özü ilə bir səbətdə yer alan Makedoniya, Belarus və Gürcüstan yığmaları, həmçinin 2-ci səbətdə qərarlaşmış Ermənistan millisi ilə bir qrupda yer ala bilməz.

 

Püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 15:00-da, İsveçrənin Lozanna şəhərində baş tutacaq.

 

Millətlər Liqasının qrup mərhələsinin oyunları bu ilin sentyabr-noyabr aylarında keçiriləcək.

 

Millətlər Liqası, qrup mərhələsi

A Divizionu

 

1-ci səbət: Almaniya, Portuqaliya, Belçika, İspaniya
2-ci səbət: Fransa, İngiltərə, İsveçrə, İtaliya
3-cü səbət: Polşa, İslandiya, Xorvatiya, Hollandiya

 

B Divizionu

1-ci səbət: Avstriya, Uels, Rusiya, Slovakiya
2-ci səbət: İsveç, Ukrayna, İrlandiya, Bosniya və Herseqovina
3-cü səbət: Şimali İrlandiya, Danimarka, Çexiya, Türkiyə

 

C Divizionu

1-ci səbət: Macarıstan, Rumıniya, Şotlandiya, Sloveniya
2-ci səbət: Yunanıstan, Serbiya, Albaniya, Norveç
3-cü səbət: Monteneqro, İsrail, Bolqarıstan, Finlandiya
4-cü səbət: Kipr, Estoniya, Litva

 

D Divizionu

1-ci səbət: Azərbaycan, Makedoniya, Belarus, Gürcüstan
2-ci səbət: Ermənistan, Latviya, Farer adaları, Lüksemburq
3-cü səbət: Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta
4-cü səbət: Andorra, Kosovo, San Marino, Cəbəllütariq

Tarix: 24 Yanvar [10:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Avqust 2018
17  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio