Dino Ndlovu: "Qarabağ"dan ayrılmaq istəmirdim"

10:50 - 24 Yanvar 2018

"Qarabağ"dan ayrılaraq Çinin "Hançjou Qrintaun” klubuna transfer olan Dino Ndlovu kickoff.com açıqlama verib.

 

Sportal.az xəbər verir ki, cənubi afrikalı forvard ən doğru qərarlarında birini verdiyini deyib:

 

“Hançjou Qrintaun”un özüm və ailəm üçün ən doğru qərarlardan biridir. Çində hər şey yaxşıdır, şikayətim yoxdur. Hündürlüyə və yuxu rejiminə uyğunlaşmağa çalışıram. Hədəflərim heç vaxt dəyişməyib. Sadəcə, "Qarabağ"da etdiyimdən də ən yaxşısını etməyə çalışacam. Çoxlu qol vurmaqla komandamın Super Liqaya vəsiqə qazanmasına kömək etmək istəyirəm".

 

27 yaşlı hücumçu “Qarabağ”ı tərk etməsindən danışıb:

 

"Qarabağ"dan ayrılmaq istəmirdim. Ancaq müqaviləmin müddəti başa çatırdı. Hər şeyi nəzərdən keçirdim. Baş məşqçimizlə müqavilə barədə danışdım. Onun mənə yeni müqavilə təklif etmək istəmədiyini hiss etdim, çünki çox oyunçularla yeni müqavilə imzalanmışdı. Özüm və ailəmlə bağlı realist olmalıydım. Gələcəyimi təminat altına almaq istəyirdim. Çünki bir daha gənc olmayacam, yaş artır. Bu fürsəti dəyərləndirib Çinə getməyə qərar verdim”.

Xəbər xətti