Rizvan Fərzəliyev: “İlk dəqiqələrdə həyəcan var idi”

Avropa çempionatının final mərhələsinə hazırlaşan Azərbaycan millisi İran yığması ilə yoldaşlıq oyunu keçirib. Qarşılaşma yenə 3:3 hesabı ilə başa çatıb.

 

Sportal.az saytı xəbər verir ki, oyundan sonra millinin kapitanı Rizvan Fərzəliyev federasiyanın rəsmi "facebook" səhifəsinə açıqlama verib:

 

“Yoxlama oyunu idi. İran millisinə təşəkkür edirik ki, dəvətimizi qəbul edib Bakıya gəldilər. Bizim üçün əsas göstərici Avropa çempionatı olacaq. Bu iki oyun isə AÇ-yə hazırlığımızı yoxlamaq baxımından vacib qarşılaşmalardı. Uğurlu oyun alındı. Şanslar bərabərdi. Düzdü, ilk dəqiqələrdə həyəcan var idi. Bu da tam formalaşmamağımızdan irəli gəlirdi”. 

 

Kapitan xüsusilə birinci hissədə buraxılan səhvlərə bu cür izah verdi:

 

“Yanvarın 18-dən etibarə tam heyətlə məşq edirik. Çünki bir neçə futzalçımız ölkədən xaricdə çıxış edir və onlar dediyim tarixdə komandaya qoşuldular. Bu da istər-istəməz oyunumuza təsirini göstərdi. İkinci oyundan və qalan günlərdən maksimum istifadə edib, Avropa çempionatına tam hazır şəkildə yollanacağıq”. 

 

Təcrübəli futzalçı növbəti oyunda “3:3” ənənəsini sındırmağa çalışacaqlarını da əlavə edib:

 

“Bu dəfə qələbə qazanmaq üçün mabrizə aparacağıq. İlk oyunu izləyəcəyik, səhvlərdən nəticə çıxarıb, 3:3 hesablı heç-heçə seriyasını dayandıracağıq”.

Tarix: 24 Yanvar [11:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Fevral 2018
18  Fevral 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio