"Sumqayıt"ın Türkiyədə keçirəcəyi ilk oyununun başlama saatı açıqlandı

13:44 - 24 Yanvar 2018

“Sumqayıt” Antalyada 4 yoxlama oyunu keçirəcək.

 

Sportal.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi sabah qonşu ölkədə ilk sınaq matçına çıxacaq. Polşanın “Poqon” klubu öncədən planlaşdırılmış yoxlama görüşündən imtina edib. Bu səbəbdən "Sumqayıt" Rumıniya təmsilçisi ”Konkordiya” ilə qarşılaşcaq. Görüş yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 17:00) başlayacaq. Qarşılaşma “The Sense De Luxe” otelinin stadionunda keçiriləcək.

 

Qeyd edək ki, 1957-ci ildə yaranmış “Konkordiya” Kyajna bölgəsini təmsil edir. Rumıniya yüksək liqasında 7-ci mövsümünü keçirən Yon Moldovanın komandası turnir cədvəlinin 12-ci pilləsində qarşılaşıb.

Xəbər xətti