Butsılarını ağacdan asdı: "Vidalaşmaq zamanıdır"

13:53 - 24 Yanvar 2018

İspaniya yığmasının sabiq üzvü Albert Riera futbolçu karyerasına nöqtə qoyub.

 

Sportal.az xəbər verir ki, sosial şəbəkə hesabında butsılarını ağacdan asaraq paylaşım edən 35 yaşlı futbolçu vidalaşmaq zamanının gəldiyini qeyd edib:

 

"Artıq futbolçu karyeramı bitirməyin zamanıdır. 2001-ci ildən bu yana məni dəstəkləyən klublarıma və azarkeşlərə təşəkkür edirəm. Birgə keçirdiyimiz 17 il üçün qürur duyuram və hər kəsə minnətdaram. Karyeramda yeni addım üçün səbirsizəm".

 

Qeyd edək ki, 2007-2009-cu illərdə İspaniya yığmasında forma geyən sol cinah müdafiəçisi və vingeri bu müddət ərzində 16 oyun keçirib və 4 qol vurub. Riera İspaniyanın "Malyorka" klubunun yetirməsidir. O, "Bordo", "Espanyol", "Mançester Siti", "Liverpul", "Olimpiakos", "Qalatasaray" və "Uotford" kimi klublarda çıxış edib. Onun son klubu Sloveniyanın "Koper" komandası olub.

 

Xəbər xətti