İngiltərə klubundan Rusiyaya dönür

14:50 - 24 Yanvar 2018

"Lester Siti"nin nigeriyalı hücumçusu Ahmed Musa karyerasını Rusiyada davam etdirəcək.

 

Sportal.az saytı xəbər verir ki, bu barədə Nigeriya milli komandasının baş məşqçisi Qernot Rohr açıqlama verib. Alman mütəxəssis bildirib ki, yığmanın hücumçusu ÇSKA-ya keçəcək. 64 yaşlı mütəxəssis yerli mətbuata bu barədə açıqlamasında deyib:

 

"Sizə yaxşı bir xəbərim var. Musa Rusiyaya dönür. Onu ÇSKA-da çox sevirlər. Ahmed özünü Rusiyada yaxşı hiss edir. Bu, onun üçün yaxşı başlanğıcdır və uğurlu olacağına inanıram".

 

25 yaşlı futbolçu 2012-2016-cı illərdə ÇSKA-da çıxış edib və 125 oyuna 42 qol vurub. 2016-cı ildə Nigeriya millisinin üzvü 16 milyon avro qarşılığında "Lester Siti"yə transfer olmuşdu.

Xəbər xətti